Bank Of Baku

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti iclası bu ay keçiriləcək

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti iclası bu ay keçiriləcək
# 01 aprel 2009 06:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Asiya» Azərbaycan-İran müştərək sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı aprel ayında keçiriləcək.
«Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin baş hüquqşünası Əfqan Mirzəyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin mart ayının 25-nə planlaşdırılan iclas Novruz bayramı günlərinə təsadüf etdiyi üçün, təxirə salınıb. Ə.Mirzəyev bildirib ki, iclasda səhmdarlar tərəfindən şirkətin ləğv olunması ilə bağlı konkret qərarın verilməsi və ya lisenziya müddətinin uzadılması məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, sonuncu iclas ötən ilin dekabr ayının 1-də Tehranda (İran) keçirilib və yığıncaqda konkret qərar qəbul olunmayıb.
Qeyd edək ki, 2008-ci ilin fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.
İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırılmasını, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdır.
Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Ötən ilin əvvəlinə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR