Bank Of Baku

Asiya İnkişaf Bankı bölgə ölkələrində iqtisadi inkişaf proqnozlarını korrektə edib

Asiya İnkişaf Bankı bölgə ölkələrində iqtisadi inkişaf proqnozlarını korrektə edib
# 01 aprel 2009 06:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) region ölkələrində iqtisadi artım templərinin proqnozlarını korrektə edib. «APA-Economics»in məlumatına görə, AİB-in analitiklərinin fikrincə, hazırda müşahidə olunan maliyyə böhranı, həmçinin bu dövr ərzində ixracın azalması fonunda Asiya regionunda iqtisadi artım tempi azalacaq. Məhz bu səbəblərdən Çin, Hindistan və Cənubi Koreyada iqtisadi artım tempi 5,6%-dən 3,4%-dək endirilib. Tayvan, Tailand, Malayziya və Sinqapurda isə bu göstərici 5%-dək düşəcək.
AİB mütəxəssislərinin fikrincə, valyuta ehtiyatları və səngiyən inflyasiya inkişafda olan ölkələri lazımi alətlərlə təmin edəcək ki, həmin ölkələr maliyyə böhranına daha davamlı olacaq. Lakin böhrandan xilas olma perspektivləri hələ də məlum deyil: «ABŞ, Avropa İttifaqı və Yaponiya kimi ölkələrdə gələn il iqtisadiyyatın bərpa olunub-olunmayacağı hələ dəqiq məlum deyil».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR