Bank Of Baku

«Turan Bank»ın aktivləri son bir ildə 23% artıb

«Turan Bank»ın aktivləri son bir ildə 23% artıb
# 01 aprel 2009 07:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin mart ayının 1-nə 82,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 23% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə banklın kredit portfeli 30% artaraq 69 mln. manata, depozit portfeli isə 13% genişlənərək 23,6 mln. manata çatıb.
Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı 26,2% artaraq 19,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 16 mln. manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 11 filialı fəaliyyət göstərir və bunun 5-i regionda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR