Bank Of Baku

AGBI indeksi 0,9241, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,9241, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 01 aprel 2009 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0762 bənd və ya 7,62% azalaraq 2009-cu ilin aprel ayının 1-nə 0,9241 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.
AGBI indeksinin kəskin azalması martın 31-də iki DQİ buraxılışının ödənilməsi səbəbindən baş verib. Belə ki, 10501420S və 10501520S seriyalı istiqrazlar üzrə 9,984 mln. manat həcmində ödəniş aparılıb və bu buraxılışlar dövriyyədən çıxarılıb. Nəticədə, DQİ bazarının kapitallaşması həmin miqdara azalıb və bu, indeksin azalmasında əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR