Bank Of Baku

Azərbaycan buğda və un idxalına ƏDV-ni bərpa edir

Azərbaycan buğda və un idxalına ƏDV-ni bərpa edir
# 01 aprel 2009 13:32 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan may ayının 1-dən etibarən idxal olunan ərzaq buğdası və una əlavə dəyər vergisinin (ƏDV) tətbiqini bərpa edəcək. «APA-Economics»in məlumatına görə, Azərbaycana idxal olunan ərzaq buğdası və unun ƏDV-dən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinin 2008-ci ilin mayın 1-dən qüvvəyə minən qərarının müddəti artıq bu ay başa çatır. Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri hesab edirlər ki, bu, ölkədə taxıl istehsalçılarının marağını artıracaq.
Qeyd edək ki, ötən il Azərbaycanda 904,7 min hektar sahədən ilkin çəkidə rekord səviyyədə - 2 498,3 min ton taxıl (qarğıdalı daxil olmaqla) məhsulu toplanılıb. Hektarın orta məhsuldarlığı 2007-ci ilə nisbətən 0,5 sentner artaraq 27,6 sentnerə yüksəlib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2008-ci ildə istehsal olunmuş taxılın 67,1%-ni və ya 1 677,5 min tonunu buğda təşkil edib. Ümumiyyətlə, 2008-ci ildə dənli və dənli paxlalıların əkin sahəsinin 2007-ci ilə nisbətən 22,3% və ya 165,2 min hektar artması ümumi istehsala müsbət təsir edib.
Xatırladaq ki, 2007-ci ildə ölkədə taxıl istehsalı 2,3 mln. ton təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR