Bank Of Baku

«TBC Kredit»in kredit portfelini 76% artırıb

«TBC Kredit»in kredit portfelini 76% artırıb
# 01 aprel 2009 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» qeyri-bank kredit təşkilatının məcmu kredit portfeli 2009-cu ilin yanvar ayının 1-nə 18,5 mln. ABŞ dolları təşkil edib ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə 76% çoxdur.
«TBC Kredit»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində təşkilatın müştərilərinin sayı 2,5 dəfə artaraq 1400 nəfərə çatıb. Bundan başqa, bu dövr ərzində təşkilat tərəfindən müştərilərə 1 077 yeni kredit verilib.
Təşkilatdan bildirilib ki, «TBC Kredit» bu il ərzində də kredit portfelini və müştərilərə xidmətin keyfiyyətini həmin səviyyədə saxlayaraq öz inkişafını davam etdirmək niyyətindədir. Təşkilatın bu il üçün əsas prioritetlərindən biri Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş biznes layihələrin kreditləşdirilməsidir.
Qeyd edək ki, «TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı kimi yaradılıb. «SOA Credit» təşkilatının brendi 2008-ci ilin may ayında dəyişib. Brendin dəyişməsi Gürcüstanın aparıcı banklarından olan «TBC Bank»ın yeni təsisçisi olması ilə bağlıdır. Belə ki, ötən ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı «TBC Bank»a satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR