Bank Of Baku

AZIPS ödəniş sistemi üzrə əməliyyatlar rekord həcmdə azalıb

AZIPS ödəniş sistemi üzrə əməliyyatlar rekord həcmdə azalıb
# 01 aprel 2009 10:03 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemində (AZIPS) apardıqları əməliyyatların həcmi 2009-cu ilin fevral ayında son bir neçə ildə ilk dəfə olaraq 24,6% azalıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının (AMB) Statistika Departamentindən məlumat verilib.

AMB-nin hesablamalarına görə, AZİPS sistemində qeydə alınan banklararası ödəniş əməliyyatlarının həcmi 3 771 mln. manatadək enib. Bu göstərici ötən ilin fevral ayı ilə müqayisədə 72 mln. manat və yaxud 1,87% azdır, halbuki əvvəllər banklararası hesablaşmalar durmadan artırdı. Tranzaksiya həcmlərinin enməsi ilə bərabər, ödəniş əməliyyatlarının məcmu sayı hesabat ayında əvvəlki ilin fevralına nisbətən 6 min və yaxud 17,6% azalıb. Banklararası Milli Hesablaşmalar Sistemində qeydə alınan hər bir əməliyyatın orta həcmi isə son bir ayda 185,296 min manatdan 134,679 min manatadək enib. Maraqlıdır ki, ümumilikdə ölkə üzrə ödəniş əməliyyatlarının məcmu həcmində 91,6% AZİPS-in payına düşür.

Xatırladaq ki, ölkədə fəaliyyət göstərən 46 bankın və Bakı Banklararası Valyuta Birjasının üzv olduğu AZİPS sistemi 2001-ci ildə yaradılıb. Ödəniş funksiyaları ilə bərabər bu sistem SWIFT - Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemindən real vaxt rejimində istifadə imkanını təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR