Bank Of Baku

Azərbaycana xaricdən cəlb edilən kapitalın həcmi 10% artıb

Azərbaycana xaricdən cəlb edilən kapitalın həcmi 10% artıb
# 01 aprel 2009 10:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci il üzrə tədiyyə balansında xaricdən cəlb olunan kapitalın ümumi məbləği 7 569,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 9,7% çoxdur.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstəricinin artması əsasən dövlət təminatı olmayan xarici kreditlərin və qeyri-neft sektoruna birbaşa investisiyaların cəlb olunması ilə bağlıdır.

(mln. dollar)

 

Cəlb olunan xarici kapitalın strukturu

 

2007-ci il

2008-ci il

Birbaşa investisiyalar

4 526,0

3 982,6

- neft-qaz sektoru

4 086,1

3 339,8

- digər sektorlar

439,9

642,8

Kreditlər və digər investisiyalar

2 305,9

3 583,5

- dövlət təminatlı kreditlər

441,3

698,7

- dövlət təminatlı olmayan kreditlər

1 435,3

2 344,6

- neft-qaz sektoru

460,4

690,1

- banklar

842,7

1 278,5

- digərləri

132,2

376,0

- digər investisiyalar

429,3

540,2

Neft bonusu

68,2

3,5

CƏMİ

6 900,1

7 569,6



Milli Bankın tədiyyə balansının şərhinə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb edilən sərmayələrin ümumi məbləği 4 mlrd. dollara yaxın olub. Nəticədə, investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83,9% təşkil edib. Həmin sərmayələr iri neft-qaz layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub. Qeyri-neft sektoruna isə cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2007-ci ilə nisbətən 1,5 dəfə artaraq 642,8 mln. dollara çatıb ki, bu da ölkəyə cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcminin 16,1%-nə bərabərdir.
AMB-nin hesablamalarına görə, birbaşa investisiyalar üzrə xaricə yönəldilmiş və repatriasiya olunmuş sərmayələrin ümumi məbləği 53% azalaraq 4 mlrd. dollara düşüb. Bu azalmanın səbəbi «Əsrin müqaviləsi» çərçivəsində ABƏŞ-in fəaliyyəti ilə bağlı əvvəlki dövrlərdə ölkə iqtisadiyyatında istifadə olunmuş birbaşa investisiyalar üzrə kapitalın repatriasiyasının azalması ilə bağlıdır. Belə ki, 2007-ci ildə neft-qaz sektoru üzrə repatriasiya olunmuş investisiyaların həcmi 9,1 mlrd. dollar məbləğində olduğu halda, 2008-ci ildə bu göstərici 2,3 dəfə azalaraq cəmi 3,9 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR