Bank Of Baku

Azərbaycanın strateji valyuta ehtiyatları 19 mlrd. dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 19 mlrd. dollara çatıb
# 01 aprel 2009 11:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci il üzrə tədiyyə balansına əsasən, ölkənin strateji valyuta ehtiyatları ötən il ərzində 2,5 dəfə artaraq 2009-cu ilin yanvarın 1-nə 18 555,4 mln. dollar təşkil edib.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bunun 11 219,2 mln. dolları Dövlət Neft Fondunun aktivləri, 869 mln. dolları hökumətin depozitləri, 6 467,2 mln. dolları isə Milli Bankın məcmu beynəlxalq aktivlərinin payına düşür.
Öz növbəsində Milli Bankın payına düşən ehtiyatların 6 137 mln. dollarını onun sərəncamında olan rəsmi valyuta ehtiyatları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR