Bank Of Baku

Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində iki yeni alt komitə yaradılacaq

Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində iki yeni alt komitə yaradılacaq
# 01 aprel 2009 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində iki yeni alt komitənin yaradılması planlaşdırılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams məlumat verib.
A.Vaddamsın sözlərinə görə, bunlardan biri sosial və rifah məsələləri, ikincisi isə ədliyyə, hüquq mühafizə, trafikinq, qanunvericilik, narkotiklərlə mübarizə məsələləri ilə məşğul olacaq.
Qeyd edək ki, Azərbaycan və Aİ arasında əməkdaşlığa dair saziş 1999-cu ildə imzalanıb. Bu saziş çərçivəsində Aİ-Azərbaycan Əməkdaşlıq Şurası və Əməkdaşlıq Komitəsi yaradılıb. Əməkdaşlıq Komitəsinin tərkibində hazırda Ticarət və investisiya məsələləri, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə alt komitələr fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR