Bank Of Baku

OPEC-in Beynəlxalq İnkişaf Fondu ilə «AGBank» arasında kredit müqaviləsi imzalanıb

OPEC-in Beynəlxalq İnkişaf Fondu ilə «AGBank» arasında kredit müqaviləsi imzalanıb
# 01 aprel 2009 13:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Maliyyə Nazirliyində Neft İxracatçı Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondu ilə Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankı arasında kredit müqaviləsi imzalanıb.
Maliyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək. Kreditin həcmi 5 mln. ABŞ dolları, müddəti isə 5 il təşkil edir.
Müqaviləni «AGBank»ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev və OPEC-in Beynəlxalq İnkişaf Fondunun baş direktoru Süleyman əl-Hərbiş imzalayıblar.
Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 211,216 mln. manat, depozit portfeli 130,437 mln. manat, kredit portfeli 154,580 mln. manat, məcmu kapitalı 29,962 mln. manat, o cümlədən, nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Bankın respublika üzrə 16 filialı, 53 bankomatı və 376 POS-terminalı mövcuddur.


* 01.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8029 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR