Bank Of Baku

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb
# 01 aprel 2009 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) «Bahar Kampaniyası» adlı yeni kredit kampaniyasına başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit kampaniyasında bankın şərti tərəfdaşı olan şirkət və müəssisələrin yaşı 20-dən son ödəniş tarixinədək 65 olacaq, cari krediti olmayan əməkdaşları iştirak edə bilər.
Kredit xəttinin minimal məbləği 150 ABŞ dolları, maksimal məbləği isə müştərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsindən sonra iş yerindən təqdim olunan arayışda qeyd edilən məbləğə bərabər ola bilər. Kreditin maksimal məbləği 3 000 dollar həddində müəyyənləşdirilib. Əgər verilən kreditin məbləği 1 250 dollardan çoxdursa, üçüncü şəxsin zaminliyi vacibdir. Kreditin verilməsi üçün vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd və iş yerindən arayış tələb olunur. Kredit 6 ay müddətinə verilir, kampaniya isə iyun ayının 16-dək davam edəcək.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevralında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 183,886 mln. manat, kredit portfeli 152,049 mln. manat, depozit portfeli 141,607 mln. manat, məcmu kapitalı 25,533 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
Bankın respublika üzrə 15 filialı, 18 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.

* 01.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8029 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR