Bank Of Baku

«Bank Respublika»nın Masallı şöbəsi filiala çevrilib

«Bank Respublika»nın Masallı şöbəsi filiala çevrilib
# 01 aprel 2009 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) Masallı rayonunda fəaliyyət göstərən şöbəsi filiala çevrilib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Masallı rayonu M.S.Talışxanov küçəsi,111 ünvanında yerləşir.
Filial vasitəsi ilə müştərilər bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa hesabı, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, mobil rabitə operatorlarının xidmətləri üzrə ödənişlər və digər bank xidmətləri həyata keçirə bilərlər.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 31 filial və şöbəsi var.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın kapitalında «25%+1 səhm» iştirak payına sahibdir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 387,875 mln. manat, kredit portfeli 260,367 mln. manat, depozit portfeli 135,816 mln. manat, məcmu kapitalı 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,580 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR