Bank Of Baku

«UniBank» ASC nizamnamə kapitalını 2 dəfə artırır

«UniBank» ASC nizamnamə kapitalını 2 dəfə artırır
# 02 aprel 2009 07:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «UniBank» Açıq Səhmdar Cəmiyyəti (ASC)
nizamnamə kapitalını 30 mln. manata çatdırmaq niyyətindədir. Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Bankın emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bankın sənədsiz adlı adi səhmlərinin emissiyasının yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2 dəfə artacaq. Səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 7,5 mln. ədəd, emissiyanın ümumi həcmi isə 15 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «UniCapital» ASC çıxış edəcək.

Birja mütəxəssislərinin fikrincə, «UniBank» ASC-nin artıq bu ilin aprel ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), eləcə də hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.

Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 417,563 mln. manat, kredit portfeli 319,247 mln. manat, depozit portfeli 123,671 mln. manat, məcmu kapitalı 64,064 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 57 bankomatı və 231 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR