Bank Of Baku

«Azərintertreyd» MMC-nin lisenziyaları yenidən rəsmiləşdirib

«Azərintertreyd» MMC-nin lisenziyaları yenidən rəsmiləşdirib
# 02 aprel 2009 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin qiymətli kağızlar bazarında diler və broker xidmətləri göstərən «Azərintertreyd» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) lisenziyalarını yenidən rəsmiləşdirib.
QKDK-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, buna səbəb «Azərintertreyd» MMC-nin adının «Celsi Kapital» MMC-yə dəyişdirilməsidir.
Qeyd edək ki, ötən il ərzində «Azərintertreyd» MMC Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) 225 735 266,20 manat məbləğində xidmət göstərib. Bu da, 2007-ci illə müqayisədə təxminən 36 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR