Bank Of Baku

«Azərnəqliyyatbank»ın nizamnamə kapitalı 2,4 dəfə artırılacaq

«Azərnəqliyyatbank»ın nizamnamə kapitalı 2,4 dəfə artırılacaq
# 02 aprel 2009 08:40 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Azərnəqliyyatbank»ın səhmdarları bankın nizamnamə kapitalını 2,4 dəfə artırmaq barədə qərar ediblər. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, əvvəl 10,7 mln. manat təşkil edən nizamnamə kapitalının məbləği 25,7 mln. manatadək artırılacaq.
Artıq bu məqsədlə bankın səhm emissiyasının prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınıb.
Səhm buraxılışından başqa, «Azərnəqliyyatbank»ın səhmdarları onun biznes strategiyasına və marketinq siyasətinə əhəmiyyətli dəyişiklər ediblər.
Yeni siyasət korporativ idarəetmənin, habelə risklərin qiymətləndirilməsi praktikasının səmərəliliyini artırmağı, müştərilərə təklif edilən depozit və kredit məhsullarının çeşidini genişləndirməyi nəzərdə tutur.
Maraqlıdır ki, bu məqsədlə «Azərnəqliyyatbank»ın 6 ay ərzində Bakı, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Qusar və Xaçmaz şəhərlərində daha 8 filial açmaq planlaşdırılır.
Eyni zamanda bank plastik kartlar biznesinin inkişaf etdirilməsi cari ildə öz fəaliyyətinin vacib istiqamətlərindən biri kimi səciyyələndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR