Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi yanvar-mart aylarında 11,5% azalıb

Bakı Fond Birjasının dövriyyəsi yanvar-mart aylarında 11,5% azalıb
# 02 aprel 2009 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) 2009-cu ilin yanvar-mart ayları ərzində bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 1 862,161 mln. manat təşkil edib. Bu da 2008-ci ilin eyni dövrünün analoji göstəricisindən 11,47% azdır.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əqdlərin 94,07%-i dövlət qiymətli kağızları ilə aparılıb. Yanvar-mart aylarında azalma əsasən dövlət qiymətli kağızlar (DQK) bazarına toxunub. Belə ki, məhz notların ilkin və təkrar bazarında müvafiq olaraq 69,62% və 33,05% azalma qeydə alınıb. Hesabat dövründə həmçinin repo əməliyyatları 7,18% azalıb və ümumilikdə DKQ bazarı 15,64% azalıb.
Korporativ qiymətli kağızlar bazarı isə ilkin bazarda əməliyyatların yoxluğuna və təkrar bazarda korporativ istiqrazların 62,31% azalmasına baxmayaraq 4,09 dəfə artıb.
Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi 656 dəfə artıb. Səhmlərin ilkin bazarının həcmi isə 5 dəfədən çox genişlənib. Bundan başqa, səhmlərin təkrar və ilkin bazarında həcmlə yanaşı əqdlərin miqdarı da müvafiq olaraq 81-dən 759-a və 49-dan 118-dək artıb.
Birja fəallığının artımı dövlət qısamüddətli istiqrazların (DQİ) təkrar bazarında da 263 dəfə olub.

Bazarın seqmentləri 




Yanvar-мart, 2009

Yanvar-mart, 2008

Əməliyyatların həcmi (AZN)

Əməliy-yatların miqdarı 

Əməliyyatların həcmi (AZN)

Əməliyyat-ların miqdarı 


Nisbət  

(%) 

DQİ (yerləşdirmə)  

103 927 382,68

55 

58 348 907,54

55 

178,11

DQİ (təkrar bazar) 

132 989 076,76

68 

504 798,76

263 dəfə

Notlar (yerləşdirmə)

161 951 666,04

73 

533 123 194,26

182 

30,38 

Notlar 

(təkrar bazar) 

64 784 623,64

35 

96 766 261,86

90 

66,95

Repo əməliyyatları 

1 288 160 175,77

224 

1 387 732 557,22

402 

92,82

Cəmi DQK bazarı 

1 751 812 924,89

455 

2 076 475 719,64

730 

84,36

Korporativ istiqrazlar (yerləşdirmə) 

0.00 

7 450 616,50

16 

0.00 

Korporativ istiqrazlar  

(təkrar bazar) 

2 299 815,00

11 

6 101 962,77

27 

37,69

Səhmlər (yerləşdirmə) 

79 516 887,00

118 

13 410 500,00

49 

5,9 dəfə

Səhmlər  

(təkrar bazar) 

28 531 721,00

759 

43 466,60

81 

656,4 dəfə

Cəmi KQK bazarı  

110 348 423,00

888 

27 006 545,87

173 

4,1 dəfə 

Cəmi 

1 862 161 347,89

1 343

2 103 482 265,51

903 

88,53



DQİ – dövlət qısamüddətli istiqrazları;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızları.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR