Bank Of Baku

«Kapital Bank» dollar əmanətləri üzrə gəlirliyi artırıb

«Kapital Bank» dollar əmanətləri üzrə gəlirliyi artırıb
# 02 aprel 2009 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankı (SKB) aprelin 1-dən etibarən «Müddətli Yeni», «VİP», «Pensiyaçı», «Ailə yığımı», «Uşaq yığımı» və «Müddətli seçim» əmanət növləri üzrə sərbəst dönərli valyutada (ABŞ dolları ilə) əmanətlərin ilkin və əlavə qoyulan məbləğlər üzrə faiz dərəcələrini manatla olan əmanətlərin faiz dərəcələri ilə eyniləşdirilib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı qərar bankın İdarə Heyətinin martın 17-də keçirilən iclasında qəbul olunub.
Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 577,590 mln. manat, depozit portfeli 481,974 mln. manat, kredit portfeli 365,847 mln. manat, məcmu kapitalı 71,910 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.
Bankın respublika üzrə 89 filialı, 298 bankomatı və 469 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR