Bank Of Baku

«AzSığorta» gələn il «Həyat sığortası» üzrə şirkət yarada bilər

«AzSığorta» gələn il «Həyat  sığortası» üzrə şirkət yarada bilər
# 02 aprel 2009 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti artıq 2010-cu ildə «Həyat sığortası» üzrə ixtisaslaşmış şirkət yarada bilər. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.
X.Məmmədxanlının sözlərinə görə, mövcud qlobal iqtisadi böhran şəraitində «Həyat sığortası» üzrə ixtisaslaşmış şirkətin yaradılması daha ciddi addım sayılır. «AzSığorta»nın bu il ərzində həmin sığorta növü üzrə şirkət təsis etməsi real olmasa da, artıq gələn il şirkət bu məsələyə baxa bilər.
X.Məmmədxanlı bildirib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin daxilolmalarında əsas yeri «Avtomobil sığortası» növü tutur: «Bu isə əhalinin kreditlə avtomobil alması prosesinin aktivliyi ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycanda tibbi sığorta növü, yəni şəxsin öz həyatını sığortalaması meylləri çox aşağıdır. Yalnız hüquqi şəxslər tərəfindən bu növə müraciət olunur».
X.Məmmədxanlının sözlərinə görə, «Həyat sığortası» növü üzrə müştəri ilə bağlanılan müqavilələrin müddəti 10 ildən çox olur. Buna görə də bu cür şirkətlərin topladığı vəsaitlərin geniş investisiyaları üçün imkanlar yaradılmalıdır.
Qeyd edək ki, «AzSığorta» şirkəti «tibbi sığorta» növü üzrə indiyədək 400-ə yaxın sığorta müqaviləsi bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR