Bank Of Baku

“Azərdəmiryolbank”ın Şamaxı filialının rəhbəri həbs edilib

“Azərdəmiryolbank”ın Şamaxı filialının rəhbəri həbs edilib
# 02 aprel 2009 20:36 (UTC +04:00)
Bu barədə Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Mətbuat xidmətindən APA-ya daxil olmuş məlumata görə, “Azərdəmiryolbank” Açıq Səhmdar Cəmiyyətinin Daxili Audit Departamenti tərəfindən 2009-cu il fevralın 25-də Şamaxı filialının xəzinəsində aparılmış yoxlama zamanı 388.796 manat və 30.478 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin bir bağlama girov qızıl əşyalarının filialın xəzinəsindən götürülərək mənimsənilməsi aşkar edilib, toplanmış material tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Fakt üzrə “Azərdəmiryolbank” ASC-nin Şamaxı filialının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət başlanılaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə tapşırılıb.

İstintaq zamanı müəyyən edilib ki, “Azərdəmiryolbank” ASC-nin Şamaxı filialının müdiri Bayramov Tural Zakir oğlu öz qulluq mövqeyindən istifadə etməklə, etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və ya israf etmə yolu ilə talayıb.

T.Bayramov 2008-ci il yanvarın 21-dən 2009-cu il martın 2-dək “Azərdəmiryolbank” ASC-nin Şamaxı filialının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə 2008-ci ilin yanvar ayından 2009-cu ilin mart ayınadək ayrı-ayrı vətəndaşların adlarına kredit rəsmiləşdirərək, həmin məbləğləri götürməklə cəmiyyətə məxsus 413.483 manat məbləğində pul vəsaitini - yəni etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və ya israf etmə yolu ilə talayıb.

Törətdiyi əmələ görə, T.Bayramov 2009-cu il martın 30-da Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR