Bank Of Baku

Azərbaycanın 2008-ci tədiyyə balansında gəlirlər üzrə mənfi saldo 5,3 mlrd. dollar təşkil edib

Azərbaycanın 2008-ci tədiyyə balansında gəlirlər üzrə mənfi saldo 5,3 mlrd. dollar təşkil edib
# 03 aprel 2009 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci il üzrə tədiyyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 6 456,259 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bunun 5 861,154 mln. dolları və ya 90,8%-i Azərbaycandan həyata keçirilən ödənişlərin payına düşüb.
Bu məbləğin əsas hissəsini (5 mlrd. dollar) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (xam neft şəklində), qeyri-rezidentlərə ödənilən əmək haqları (168,3 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (280,5 mln. dollar) təşkil edib.
Gəlirlərlə bağlı ölkəyə daxil olunan vəsaitlərin həcmi 595,105 mln. dollara bərabər olub. Bunun 283,9 mln. dolları Dövlət Neft Fondunun vəsaitlərinə, 163,4 mln. dolları Milli Bankın sərəncamında olan xarici valyuta ehtiyatlarına, 26,2 mln. dolları isə bankların xaricdə yerləşdirilmiş aktivlərinə hesablanmış faiz gəlirlərinin payına düşüb.
Beləliklə, 2008-ci ildə gəlirlər üzrə tədiyyə balansında 5,266 mlrd. dollar məbləğində mənfi saldo yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR