Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkətinin daxilolmaları ötən il 42% azalıb

«Atəşgah Həyat» sığorta şirkətinin daxilolmaları ötən il 42% azalıb
# 03 aprel 2009 07:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkətinin 2008-ci il ərzində daxilolmalarının həcmi 145 237 manat təşkil edib ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə 42,2% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə təkrarsığorta əməliyyatları üzrə öhdəliklərin həcmi 10,8 dəfə azalaraq 39 766 manat, o cümlədən təkrarsığortaçı üzrə əməliyyatlar 11 dəfə azalaraq 38 187 manat, təkrarsığortalı üzrə 4,3 dəfə azalaraq 1 579 manat təşkil edib.
Bu müddət ərzində şirkətin məcmu gəlirləri 3,445 mln. manat, xərcləri isə 4,198 mln. manat təşkil edib. Nəticədə, «Atəşgah Həyat» sığorta şirkəti 2008-ci ili 753 min manat zərərlə başa vurub.
Qeyd edək ki, cari ilin yanvar ayında «Atəşgah Sığorta» Birgə Müəssisəsi həyat sığortasına aid olan sığorta sinifləri üzrə sığorta və təkrarsığorta müqavilələrini «Kavkaz Sığorta» Açıq Səhmdar Cəmiyyətinə ötürüb. «Kavkaz Sığorta» şirkəti də öz növbəsində qeyri-həyat sığortasına aid olan sığorta sinifləri üzrə sığorta və təkrarasığorta müqavilələrini «Atəşgah Sığorta» şirkətinə verib. «Kavkaz Sığorta» sığorta şirkətinin isə adı dəyişdirilərək «Atəşgah Həyat» olub.

* 03.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8028 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR