Bank Of Baku

Azərbaycan Milli Bankı insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması sisteminin yaradılmasına dair tender keçirir

Azərbaycan Milli Bankı insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması sisteminin yaradılmasına dair tender keçirir
# 03 aprel 2009 10:00 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması sisteminin yaradılması üzrə açıq tender elan edib. Bu barədə «APA-Economics»ə AMB-dən məlumat verilib.

Müsabiqədə iştirak etmək üçün ən azı 3 il təcrübəsi olan yerli və xarici şirkətlər dəvət olunur. İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi zamanı maliyyə vəziyyəti, sistemin funksionallığı, avadanlıqların texniki spesifikasiyası, analoji layihələr üzrə təcrübə kimi amillərə diqqət yetiriləcək. Tenderdə iştirak etmək üçün elan olunan rüsum 1000 manat təşkil edir. Tender prosedurası cari ilin iyunun 2-də mərkəzi bankın inzibati binasında keçiriləcək.

İştirakçılar tender təklifinin dəyərinin 1%-i məbləğində bank təminatı, Bakıda servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat, Milli Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 5 il ərzində yerinə yetirilən ən azı 2 layihənin açıqlanması, təklif olunan sistem və avadanlıqlar üzrə ən azı 2 sertifikatlaşdırılmış mütəxəssisin olmasını sübut edən sənəd, təklif olunan proqram təminatı və avadanlıqları satmağa müvəkkil edildiyini təsdiq edən avtorizasiya forması (Manufacturer Authorization Form) verməlidirlər.

Təkliflər mayın 20-dək AMB-yə təqdim edilməlidir.

Qeyd edək ki, insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması sisteminin yaradılması müddəti tender üzrə satınalma müqavilənin imzalandığı gündən 18 ay sonra müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR