Bank Of Baku

«Aqrarkredit» ötən ilki maliyyə hesabatını açıqlayıb

«Aqrarkredit» ötən ilki maliyyə hesabatını açıqlayıb
# 03 aprel 2009 10:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Aqrarkredit» qeyri-bank kredit təşkilatının 2008-ci ildəki fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə iştirak edən təşkilatın İdarə Heyətinin sədri Məmməd Musayev qurumun 2008-ci il üzrə maliyyə hesabatı, həmçinin bu müddət ərzində verilən kreditlərin təsnifatı barədə ətraflı məlumat verib.
M.Musayevin sözlərinə görə, ötən il ərzində təşkilatın kredit portfeli 7,1% artaraq 2009-cu ilin yanvar ayının 1-nə 15 mln. manata, aktivlərinin həcmi 25 mln. manata çatıb, məcmu kapitalı 20 mln. manat, nizamnamə kapitalı isə 18,5 mln. manat təşkil edib. «Ötən il ərzində təşkilatımız tərəfindən müştərilərə 12 mln. manat həcmində kredit verilib ki, bunların da qaytarılma faizi 97%-ə bərabər olub. «Kənd təsərrüfatının kreditləşməsi Layihəsi»nə başlanılandan indiyədək 31 mln. manat həcmində kredit verilib ki, bun günə qalıq məbləğ 9,5 mln. manatdır. Sahibkarlılığa Kömək Milli Fondu vasitəsi ilə 333 hüquqi və fiziki şəxsə 5,229 mln. manat həcmində kredit ayrılıb. Bu günə qalıq məbləğ isə 3,5 mln. manat təşkil edir. Həmçinin, təşkilat ötən il ərzində 410 min manat, bu ilin I rübündə isə 89 min manat mənfəət əldə edib», - deyə M.Musayev bildirib.
M.Musayev bu il ərzində «Aqrarkredit» tərəfindən 14-15 mln. manat həcmində kreditin veriləcəyini vurğulayıb: «Aqrarkredit» tərəfindən kreditlər illik 24% olmaqla maksimum 30 ay müddətinə verilir. Girov təminatı isə 150%-i həcmində olmalıdır».
Xatırladaq ki, təsisçisi Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Hazırda qurumun respublika üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.

* 03.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8028 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR