Bank Of Baku

«Aqrarkredit» və İqtisadi İnkişaf Nazirliyi birgə kredit yarmarkası keçirəcək

«Aqrarkredit» və İqtisadi İnkişaf Nazirliyi birgə kredit yarmarkası keçirəcək
# 03 aprel 2009 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın günlərdə İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu və «Aqrarkredit» qeyri-bank kredit təşkilatı Gəncə-Qazax zonası üzrə kredit yarmarkası keçirəcək. «APA-Economics»in məlumatına görə, bunu «Aqrarkredit» qeyri-bank kredit təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev bildirib.
M.Musayevin sözlərinə görə, yarmarkada «Aqrarkredit» üçün ilkin olaraq 500 min manat kredit limiti ayrılıb ki, həmin kreditlər Gəncə-Qazax zonası üzrə mikrokreditlər şəklində 10-15 min fiziki şəxslərə veriləcək. Artıq bu kreditlər üzrə müvafiq müraciətlər də daxil olub.
M.Musayev növbəti kredit yarmarkasının Quba-Xaçmaz iqtisadi zonası üzrə keçiriləcəyini bildirib.
Xatırladaq ki, təsisçisi Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə təşkilatın aktivlərinin həcmi 25 mln. manat, məcmu kapitalı 20 mln. manat, nizamnamə kapitalı isə 18,5 mln. manat təşkil edib. Hazırda qurumun respublika üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.

* 03.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8028 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR