Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi mart ayında 90% artıb

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi mart ayında 90% artıb
# 03 aprel 2009 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 30 ticarət sessiyasında 239 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 34 bank təşkilatı iştirak edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatların məcmu həcmi 334,663 mln. manat və ya dollar ekvivalentində 441,908 mln. təşkil edib. Bu isə fevral ayı ilə müqayisədə 1,9 dəfə çoxdur. Hesabat ayında həmçinin, SWAP_USD/AZN aləti üzrə dövriyyə 73,6 mln. manat və ya dollar ekvivalentində 91,4 mln. təşkil edib. Qeyd edək ki, bu alət üzrə dolların manata qarşı orta ölçülmüş məzənnəsi 0,8056 manat təşkil edib. EUR/AZN aləti üzrə dövriyyə isə 8,096 mln. manat olub.
Eyni zamanda, elektron sistemdə qeydə alınan hər əqdin orta həcmi mart ayında 0,905 mln. dollar təşkil edib.
Beləliklə, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 53,5 mln. dollara çatıb. Halbuki, hər əqdin orta həcmi 3,359 mln. dollar təşkil edib. Ümumi hesabla cari ilin yanvar-mart ayları ərzində xarici valyutalar üzrə elektron ticarətin həcmi BBVB-də 1,007 mlrd. manat təşkil edib və ötən ilin ilk rübündə qeydə alınan həcmlərlə müqayisədə 0,466 mlrd. manat və yaxud 1,9 dəfə artıb.
Eyni zamanda, mart ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Bank Respublika» (16,97%), «Bank Standard» (7,61%), «Kapital Bank» (3,48%), «Bank Silk Way» (3,23%) və «Azərbaycan Sənaye Bankı» (2,94%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR