Bank Of Baku

Britaniya rezidentlərinin Azərbaycana sərmayələri son bir ildə 2,4 dəfə azalıb

Britaniya rezidentlərinin Azərbaycana sərmayələri son bir ildə 2,4 dəfə azalıb
# 03 aprel 2009 11:04 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Xarici ölkələr və beynəlxalq maliyyə təsisatlar arasında Azərbaycana investisiya qoyuluşu üzrə ən böyük paya malik olan Böyük Britaniya rezidentlərinin sərmayələri son bir ildə 2,4 dəfə azalıb. Bu barədə «APA-Economics»ə təqdim olunan Dövlət Statistika Komitəsinin (DSK) hesabatında məlumat verilir.

DSK-nın məlumatına görə, Britaniya şirkətləri və fiziki şəxslərin Azərbaycanda əsas kapitala yönəltdiyi xarici investisiyaların həcmi 2009-cu ilin ilk iki ayı ərzində 82,069 mln. manat və yaxud dollar ekvivalentində 101,923 mln. təşkil edib. Ötən ilin yanvar-fevral aylarında Britaniya sərmayədarlarının əsas kapitala qoyuluşları 196,497 mln. manat, dollar ekvivalentində isə 233 mln-a bərabər olub.

Ölkələr

Yanvar-fevral, 2009-cu il
(mln. manat)

Ümumi həcmdə xüsusi çəkisi, %

Cəmi

177 381,7

100,0

o cümlədən:

 

Böyük Britaniya

82 069,0

46,3

ABŞ

37 865,5

21,4

Yaponiya

15 449,8

8,7

Türkiyə

14 863,4

8,4

Norveç

9 617,5

5,4

Cənubi Koreya

7 703,7

4,3

Çexiya

229,0

0,1

Almaniya

24,7

0,0

Fransa

19,4

0,0



Xatırladaq ki, yalnız Britaniya rezidentlərinin 2008-ci ildə Azərbaycana yönəltdiyi səramyяlərin həcmi 1,021 mlrd. manata yaxın olub və 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 16,5% azalıb.
Maraqlıdır ki, bu ölkədən olan investorların qoyuluşları üzrə dinamika əsas kapitala xaricdən yönəldilən investisiyaların enmə templərini də üstələyir. Cari ilin yanvar-fevral aylarında xarici mənbələrdən əsas kapitala yönəldilən investisiyanın ümumi həcmi 177,4 mln. manat təşkil edərək, əvvəlki ilin müvafiq dövründəkindən 55,7% az olub. Son bir ildə isə Britaniyanın məcmu investisiya qoyuluşlarının strukturundakı payı 49,6%-dən 46,3%-dək azalıb.

Qeyd edək ki, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2009-cu ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilən sərmayələrin 94,5%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç və Türkiyə investorlarına məxsus olub:
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR