Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi martda 0,3% düşüb

Azərbaycanda dolların birja məzənnəsi martda 0,3% düşüb
# 03 aprel 2009 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,3% artıb.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ABŞ dollarının məzənnəsi 0,8052 AZN-dən 0,8028 AZN-dək enib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi mart ayında 0,8040 AZN-ə bərabər olub. Halbuki, cari ilin fevral ayında bu göstərici 0,8063 AZN təşkil edib.
Xatırladaq ki, bu ilin mart ayında BBVB-nin valyuta bölməsində keçirilən 30 ticarət sessiyasında 34 bankın iştirakı ilə 334,663 mln. manat və ya 441,908 mln. dollar həcmində 239 alqı-satqı əqdi qeydə alınıb. Bu isə fevral ayı ilə müqayisədə 90% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR