Bank Of Baku

Azərbaycan Milli Bankı ilə OPEC-in Beynəlxalq İnkişaf Fondu arasında görüş keçirilib

Azərbaycan Milli Bankı ilə OPEC-in Beynəlxalq İnkişaf Fondu arasında görüş keçirilib
# 03 aprel 2009 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Bakıda səfərdə olan Neft ixrac edən ölkələr təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun (OFID) baş direktoru Süleyman əl-Hərbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə mövcud böhran şəraitində Azərbaycanda həyata keçirilən makroiqtisadi siyasətin əsas istiqamətləri və cari iqtisadi vəziyyət, AMB-nin yürütdüyü pul siyasətinin maliyyə sabitliyinin təmin olunmasında rolu müzakirə edilib.
Görüş zamanı həmçinin OFID-in neft istehsal edən ölkələrdə həyata keçirdiyi proqramlar, dünyanın neft istehsalçısı ölkələrinin inkişaf tendensiyaları və qlobal maliyyə böhranı ilə əlaqədar olaraq onların üzləşdiyi problemlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR