Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı Avropada qlobal maliyyə böhranı şəraitində fəaliyyət göstərən ən sabit kredit təsisatı elan edilib

Azərbaycan Beynəlxalq Bankı Avropada qlobal maliyyə böhranı şəraitində fəaliyyət göstərən ən sabit kredit təsisatı elan edilib
# 04 aprel 2009 11:47 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Mənzil-qərargahı Brüsseldə yerləşən Avropa Ticarət və Sənaye üzrə İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurası Azərbaycan Beynəlxalq Bankını (ABB) Avropa ölkələrində qlobal maliyyə böhranı şəraitində fəaliyyət göstərən ən sabit kredit təsisatı elan edib. Bu barədə “APA-Economics”ə ABB-dən bildirilib.

Məlumatda bildirilir ki, bu qərarın qəbul edilməsində əsas amillər kimi ABB-nin yerli bank xidmətləri bazarında mövqelərinin möhkəmləndirilməsi, bölgədə ən iri kredit institutu olması, eləcə də Azərbaycanda fəaliyyət göstərən qabaqcıl holdinqlər sırasında yer tutması nəzərə alınıb. Bununla yanaşı, Palata Azərbaycanın və Cənubi Qafqazın ən iri bankı olan ABB-nin Dünya İqtisad Forumu, eləcə də bu qurumun təşəbbüslərində iştirakına xüsusi diqqət yetirib. Ən etibarlı və sabit bank kimi qiymətləndirilən ABB 2008-ci ildə aktivlərini 68% artıraraq 4 316,7 mln. manata çatdırıb. Bankın kredit portfeli ötən il ümumilikdə ölkə üzrə ÜDM-in 8%-ni təşkil edib. Bunun nəticəsi olaraq ABB-nin milli bank sistemindəki xüsusi payı EEİG tərəfindən 42-43% səviyyəsində qiymətləndirilir.

Qeyd edək ki, EEİG 1998-ci ildə qitənin aparıcı işgüzar dairələri tərəfindən təsis olunub. Onun üzvləri sırasına onlarla Avropa ölkəsi ilə bərabər, ABŞ, Səudiyyə Ərəbistan, Rusiya və Çin də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR