Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 2 müştəriyə ümumi dəyəri 39 577 660,2 manat olan broker xidmətləri göstərib. İkinci yeri 1 müştəriyə ümumi həcmi 20 129 428,7 manat olan broker xidmətləri göstərmiş «UniCapital» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 19 448 231,5 manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 10 425 625,02 manatla «YapiKredi Invest» qərarlaşıb.
Mövqe (fevral) | Mövqe | Brokerlər | Müştərilərin sayı (fevral) | Müştərilərin sayı (mart) | Əməliyyatlarının həcmi (AZN) |
1 | 1 | Standard Capital | 13 | 2 | 39 577 660,20 |
2 | 2 | UniCapital | 10 | 1 | 20 129 428,70 |
3 | 3 | YapiKredi Invest | 6 | 1 | 10 425 625,02 |
4 | 4 | Brokdil-Az | 7 | 1 | 10 378 100,16 |
5 | 5 | BoB Broker | 5 | 1 | 8 358 926,22 |
6 | 8 | Texnika Capital Management | 9 | 2 | 6 824 666,04 |
7 | 6 | Respublika Invest | 3 | 3 | 4 310 632,20 |
8 | 7 | Azerintertrade | 6 | 3 | 3 596 056,74 |
Qeyd edək ki, mart ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə düşüb. Belə ki, fevral ayında göstərilmiş broker xidmətlərinin maksimal məbləği 52 057 911,0 manat təşkil edib. Bundan başqa, bu ilin mart ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 9-dan 8-ə düşüb.