Bank Of Baku

Gələn ay «Bakı Sığorta» şirkətinin Müşahidə Şurasının toplantısı keçiriləcək

Gələn ay «Bakı Sığorta» şirkətinin Müşahidə Şurasının toplantısı keçiriləcək
# 06 aprel 2009 06:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin may ayının 19-da «Bakı Sığorta» Açıq Səhmdar Cəmiyyəti (ASC) Müşahidə Şurasının şirkətin 2008-ci ildəki fəaliyətinin yekunlarına həsr olunmuş illik ümumi yığıncağı keçiriləcək.
«Bakı Sığorta»dan «APA-Economics»ə verilən məlumata görə, iclasda şirkətin İdarə Heyəti və Müşahidə Şurasının ötən il üzrə yekun hesabatı, kənar auditor tərəfindən şirkətin 2008-ci ilin yekunları üzrə maliyyə hesabatının təsdiqlənməsi, xalis mənfəətin bölüşdürülməsi, həmçinin dividentlərin ödənilməsi, Təftiş Komissiyasının yaradılması və üzvlərin təyin edilməsi məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, iclas «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) baş ofisində keçiriləcək.
Xatırladaq ki, əsas təsisçisi «Bank Respublika» (51%) olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 26 sığorta növü xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR