Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə dair yeni tədbirlər planı hazırlanır

Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə dair yeni tədbirlər planı hazırlanır
# 06 aprel 2009 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Avropa İttifaqının TACIS (MDB-yə Texniki Yardım) proqramı çərçivəsində «Azərbaycanda investisiya və ixrac mühitinin yaxşılaşdırılmasına dəstək Layihəsi»nin ekspert qrupu ilə işgüzar görüş keçirilib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı 2010-cu ilin sonunadək icrası nəzərdə tutulmuş bu layihə çərçivəsində həyata keçiriləcək tədbirlərin effektivliyinin artırılması istiqamətində qiymətli kağızlar bazarının infrastrukturunun inkişafı məsələsinə toxunaraq, hazırda Milli Depozit Mərkəzinin (MDM) işinin beynəlxalq standartlara uyğunlaşdırılmasının və birja ticarət sisteminin təkmilləşdirilməsinin prioritetliyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Görüşün nəticəsi olaraq, müzakirə olunan məsələlər üzrə qarşılıqlı fəaliyyət tədbirləri müəyyənləşdirilib.
Layihə çərçivəsində qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədi ilə bir sıra istiqamətlər üzrə, xüsusilə də, qanunvericilik və tənzimləmə çərçivəsinin inkişaf etdirilməsi, QKDK-nın, MDM-in və Bakı Fond Birjasının (BFB) institusional potensialının genişləndirilməsi, ictimai maarifləndirmə işinin gücləndirilməsi və təlim proqramlarının təşkil edilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən texniki yardım layihəsinin əsas benefisiarları ayrı-ayrı komponentlər üzrə QKDK, BFB, Azərbaycan İnvestisiya Şirkəti və Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondudur (Azpromo).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR