Bank Of Baku

Azərbaycan «Kapital Bank»ının Müşahidə Şurasının yeni tərkibi açıqlanıb

Azərbaycan «Kapital Bank»ının Müşahidə Şurasının yeni tərkibi açıqlanıb
# 06 aprel 2009 07:43 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC (ASC) ötən həftə səhmdarların növbədənkənar ümumi yığıncağında seçilən Müşahidə Şurasının yeni tərkibini açıqlayıb.

Bankın İdarə Heyətindən «APA-Economics»ə verilən məlumata görə, «Paşa Holdinq»in nümayəndəsi Vadim Şneyer başda olmaqla, Müşahidə Şurasına 4 yeni üzv seçilib. Bunlar, «AtaHoldinq», «Azərsun», «Xalq Bank» və «Xalq Sığorta» şirkətinin nümayəndələri müvafiq olaraq Fərhad Əmirbəyov, Nofel Rzayev, Araz Ağayev və Rauf Hacıyevdir. Xatırladaq ki, adı çəkilən şirkət və banklar «Kapital Bank» ASC-nin yeni səhmdarlarıdır.

Həmçinin qeyd olunur ki, 2008-ci ildə aktivlərini 577,6 mln. manata çatdıran «Kapital Bank» Azərbaycanın ən iri banklarından biri sayılır. SSRİ dövründə əmanət kassaları formasınja fəaliyyət göstərən bu kredit institutu bir müddət Birləşmiş Universal Səhmdar Bankı brendi altında işləyib. «Kapital Bank» ASC üç dövlət bankının – Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində yaradılıb.

Hazırda bankın səhmdarları rolunda «AtaHoldinq» (35%), «Azərsun Holdinq» (15%), «Paşa Holdinq» (15%), «Xalq Bank» (20%), «Xalq Sığorta» (7,5%), digər fiziki şəxslər (5%), əmək kollektivi (2,5%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR