Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycan banklarının əsas çıxış yolu daxili vəsaitlər cəlb etməkdədir»

Elman Rüstəmov: «Azərbaycan banklarının əsas çıxış yolu daxili vəsaitlər cəlb etməkdədir»
# 06 aprel 2009 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranından Azərbaycanda fəaliyyət göstərən banklarının əsas çıxış yolu daxili bazarda vəsaitlərin cəlb edilməsinin aktivləşdirilməsidir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov həmçinin qeyd edib ki, son illər Azərbaycan bank sistemi daimi illik 70%-lik artım nümayiş etdirdiyi halda, böhran dövründə bu cür artım müşahidə olunmur: «Hazırda bankların xarici borcları 2,5 mlrd. ABŞ dolları təşkil edir. Eyni zamanda banklar xarici borclarını daxili kredit fəallığı ilə tənzimləyə bilmir: «Bankların əsas çıxış yolu daxili vəsaitlər cəlb etməkdir. Banklar xarici borclarını vaxtı-vaxtında qaytarmalıdır, çünki bu, ölkənin imicinə təsir göstərən amildir».
E.Rüstəmov onu da bildirib ki, əhalinin banklardakı əmanətlərində bir-neçə faiz azalma müşahidə olunsa da, əmanətlər sabit olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR