Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası WOCCU-ya üzv olub

Azərbaycan Kredit İttifaqları Assosiasiyası WOCCU-ya üzv olub
# 06 aprel 2009 10:06 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Dünya Kredit İttifaqları Şurasında (WOCCU) törəmə üzv statusu alıb. Bu barədə «APA-Economics»ə AKİA-dan məlumat verilib.

Bununla bağlı qərar WOCCU Direktorlar Şurasının Mexikoda (Meksika) keçirilən illik iclasında qəbul olunub. AKİA ilə bərabər Dünya Kredit İttifaqları Şurasının sıralarına Özbəkistan Kredit Təşkilatları Birliyi də qəbul edilib. WOCCU-nun prezidenti Pit Krearın fikrincə, AKİA-nın beynəlxalq qurumda üzv statusu alması Şuranın Azərbaycandakı proqramlarda iştirakı hesabına kredit ittifaqlarının inkişafına yeni təkan verəcək. Eyni zamanda, AKİA WOCCU-nun resurslarına çıxış eldə edəcək, lakin beynəlxalq şurada səsvermə hüququ olmayacaq. İllik abunə haqqı isə tədricən 500 dollardan 2500 dollaradək artırılacaq.

Xatırladaq ki, 2003-cü ildə təsis olunan AKİA Azərbaycanda fəaliyyət göstərən 78 kredit təşkilatlarından 48-ni birləşdirir. Bu gün Assosiasiyanın üzvləri kredit ittifaqlarının fəaliyyətində iştirak edən 9 800 nəfərdən ibarətdir. Dünya Kredit İttifaqları Şurası 1971-ci ildə yaradılıb və 96 ölkədən 49 min kredit təşkilatını birləşdirir. Onun üzvləri olan kredit birliklərinin məcmu aktivləri 1 181 mlrd. dollar təşkil edir. WOCCU-nun əsas fəaliyyəti öz üzvlərinə maliyyə xidmətləri və məlumat dəstəyi göstərməkdən ibarətdir. Təşkilatın mənzil-qərargahı Medison şəhərində (ABŞ, Viskonsin ştatı) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR