Bank Of Baku

Azərbaycanda dövlət ipoteka kreditləşməsi bərpa oluna bilər

Azərbaycanda dövlət ipoteka kreditləşməsi bərpa oluna bilər
# 06 aprel 2009 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda tezliklə dövlət vəsaitləri hesabına ipoteka kreditləşməsinin bərpası mümkündür. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, hazırda ipoteka krediti bəzi ekspertlər tərəfindən təhlükəli alət kimi qiymətləndirilir, çnüik dünya maliyyə böhranı məhz ipoteka sahəsindən başlayıb. «İpoteka Fondu vasitəsi ilə ötən müddət ərzində 1 700 ipoteka krediti verilib. Aparılan araşdırmalar göstərib ki, Azərbaycanda ipoteka sahəsində borcların qaytarılmasında heç bir gecikdirmə müşahidə olunmur. Bu da, düzgün kredit siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Əgər bu cür ipoteka özünü doğruldursa, dövlət ipoteka kreditləşməsinin bərpası mümkündür», - deyə E.Rüstəmov bildirib.
Ölkənin baş bankiri onu da qeyd edib ki, ipoteka vəsaitləri üzrə multiplikator 5-ə bərabərdir. Belə ki, 1 manatlıq ipoteka vəsaiti 5 manatlıq iqtisadi artıma səbəb olur: «İpotekanın bərpası ölkənin tikinti sektorunda canlanma yaradacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR