Bank Of Baku

Dövlət Vəsaitlərinin İdarə Edilməsi Fondlarının Beynəlxalq Forumunun ilk iclası Bakıda keçiriləcək

Dövlət Vəsaitlərinin İdarə Edilməsi Fondlarının Beynəlxalq Forumunun ilk iclası Bakıda keçiriləcək
# 07 aprel 2009 09:01 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nümayəndə heyəti aprelin 5-6-da Küveytdə keçirilən Dövlət Vəsaitlərinin İdarə Edilməsi Fondlarının Beynəlxalq İşçi Qrupunun iclasında iştirak edib. Bu barədə «APA-Economics»ə ARDNF-dən məlumat verilib.
Neft Fondunun məlumatına əsasən, Dövlət Vəsaitlərinin İdarə Edilməsi Fondlarının Beynəlxalq İşçi Qrupunun iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov rəhbərlik edib. Toplantıda Dövlət Vəsaitlərinin İdarə Edilməsi Fondlarının Beynəlxalq Forumunun yaradılması haqqında qərar qəbul edilib. Həmçinin qeyd olunub ki, Beynəlxalq Foruma üzvlük dövlət vəsaitlərinin idarə edilməsi fondları üçün açıqdır. Forumun ilk iclasının cari ilin oktyabr ayında Azərbaycan hökuməti və ARDNF-in təşkilatçılığı ilə Bakıda keçiriləcəyi elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR