Bank Of Baku

«Nikoil Leasing» şirkətinin lizinq portfeli azalıb

«Nikoil Leasing» şirkətinin lizinq portfeli azalıb
# 07 aprel 2009 10:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2009-ci ilin aprel ayının 1-nə 5,756 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,9% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 0,6% artaraq 6,990 mln. manata çatıb. Şirkətin lizinq müqavilələrinin sayında, həmçinin nizamnamə kapitalında isə dəyişiklik olmayıb.
Qeyd edək ki, hazırda şirkətin lizinq müqavilələrinin sayı 11, nizamnamə kapitalı isə 100 min manatdır.
Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət tərəfindən təklif edilən lizinq üzrə faiz dərəcələri illik 18-30%, müddəti isə 1-5 il təşkil edir. Şirkət yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR