Bank Of Baku

Azərbaycanda bank əmanətlərinin strukturunda regionların payı 9%-ə çatıb

Azərbaycanda bank əmanətlərinin strukturunda regionların payı 9%-ə çatıb
# 07 aprel 2009 10:42 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının fiziki şəxslərdən qəbul etdiyi depozitlərin məcmu strukturunda regionların xüsusi çəkisi 2009-cu ilin mart ayının əvvəlinə 9% təşkil edib. Bu isə cari ilin əvvəli ilə müqayisədə 0,5 faiz bəndi, 2008-ci ilin əvvəlinə nisbətən isə 3,5 faiz bəndi çoxdur. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
Rəsmi bank statistikasına əsasən, kredit qurumlarının bölgələr üzrə şəbəkəsinin genişlənməsi ev təsərrüfatlarının bank xidmətlərinə çıxışını asanlaşdırıb. Ölkə üzrə əhalidən cəlb olunan cəmi əmanətlərin strukturunda Bakı şəhərinin payına 91%, Gəncənin - 1,1%, Sumqayıtın - 1,6%, Naxçıvan, Lənkəran və digər rayonların payına isə ümumilikdə təxminən 6% düşür:

Əmanətlərin regional strukturu, %-lə (01.03.2009)

Bakı

91,0%

Gəncə

1,1%

Sumqayıt

1,6%

Lənkəran

0,6%

Naxçivan

0,3%

Digər

5,4%



Maraqlıdır ki, Bakı şəhəri üzrə qəbul edilən əmanətlərin 17,5%-i tələb olunanadək, 82,5%-i isə müddətli əmanətlər kateqoriyasına aiddir. Regionlar üzrə isə tələb olunanadək əmanətlərin xüsusi çəkisi 56,6%, müddətli əmanətlərin payı 43,4% təşkil edib. Eyni zamanda, paytaxt üzrə bank əmanətlərinin 41,9%-i milli valyutada, 58,1%-i isə xarici valyutada açılıb. Regionlarda isə əmanətlərin 79,3%-i milli valyutada yerləşdirilib.

Xatırladaq ki, ev təsərrüfatlarının banklarda açdıqları depozit və əmanətlərin məcmu həcmi martın əvvəlinə 1 813,4 mln. manat təşkil edib. Bu məbləğ ilin əvvəlindən 90,3 mln. manat və yaxud 4,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR