Bank Of Baku

«Azər-Türk Bank» son bir ildə mənfəətini 27% artırıb

«Azər-Türk Bank» son bir ildə mənfəətini 27% artırıb
# 07 aprel 2009 11:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azər-Türk Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 44,503 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 15% çoxdur.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,9% artaraq 25,166 mln. manata, o cümlədən istehlak kreditləri 19,6% artaraq 8,574 mln. manata çatıb. Bankın depozit portfeli 19,9% genişlənərək 29,091 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 15,2% genişlənərək 11,396 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 6,9% artaraq 12,993 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin I rübündə bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 1,880 mln. manata, xərcləri isə 16,6% artaraq 1,058 mln. manata çatıb. Nəticədə, «Azər-Türk Bank» son bir ildə mənfəətini 26,9% artıraraq 822 min manata, xalis mənfəətini isə 28,3% artıraraq 648 min manata çatdırıb.
Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın respublika üzrə 3 filialı, 3 bankomatı, 3 mübadilə məntəqəsi və 13 POS-terminalı fəaliyyət göstərir.

* 07.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8029 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR