Bank Of Baku

IBS şirkəti banklar üçün yeni proqram təminatı hazırlayıb

IBS şirkəti banklar üçün yeni proqram təminatı hazırlayıb
# 07 aprel 2009 12:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. IBS şirkəti banklar üçün yeni borcalanların operativ monitorinqi üzrə sistem üçün proqram təminatı hazırlayıb.
Bu sistem bank tərəfindən verilmiş kreditlərin idarə olunmasının effektivliyinin artırılması üçün işlənib. Beləliklə, yeni sistem borc alanın cari maliyyə vəziyyəti və kredit portfelinin keyfiyyətini daxil etməklə, ən çox aktual olan məsələlərin həlli üçün tələb olunan alətləri təqdim edir.
«APA-Economics»in məlumatına görə, IBS-in yeni sistemi çərçivəsində banklar üçün göstərilən imkanlar aşağıdakılardır:
• Borcalanların borclarının monitorinqi;
• Digər banklarda olan kreditlərin uçotunu daxil etməklə, kreditin qaytarılması üzrə risklərin qiymətləndirilməsi;
• Müştərinin maliyyə etibarlılığına təsir göstərən hadisələrin monitorinqini daxil etməklə müştərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi;
• Girov təminatının qiymətləndirilməsi və nəzarəti;
• Müştərinin müqavilə öhdəliklərinin icrasına nəzarət: hesab qalıqları, dövriyyə, girovun sığortalanması;
• Strukturların törəmələrinin uçotu və s.

Qeyd edək ki, IBS şirkəti Avropanın tanınmış «İBS Group Holding» Şirkətlər Qrupuna daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR