Bank Of Baku

Azərbaycanın valyuta bazarında məzənnə sabitliyi davam edir

Azərbaycanın valyuta bazarında məzənnə sabitliyi davam edir
# 07 aprel 2009 12:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (martın 29-dan aprelin 3-dək) 167,142 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 31,6% azdır.
«APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,01% artaraq 0,8028 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,02% artaraq 0,8029 manata bərabər olub. Qeyd edək ki, aprelin 3-ü istisna olmaqla, birja məzənnəsi rəsmi məzənnəyə tam uyğun olub. Hesabat dövründə nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,11% enib, satış məzənnəsi isə 0,17% azalıb:




Beləliklə, ötən həftə ərzində faktiki olaraq tam məzənnə sabitliyi müşahidə olunub və hətta birja və rəsmi məzənnələr bir-birinə tam uyğun olub. Bununla yanaşı, son vaxtlar dollar üzrə yüksək birja dövriyyələri müşahidə olunur ki, bunu da manatın dəstəklənməsi məqsədi ilə mərkəzi bank tərəfindən valyuta müdaxiləsinin həyata keçirilməsi ilə əlaqələndirmək olar. Ümumilikdə, adətən valyuta bazarının iri həcmləri ilə birlikdə məzənnə sabitliyi mərkəzi bankın milli valyutanın dəstəklənməsi məqsədi ilə bazarda apardığı fəal iştirakın ilk əlamətlərindən biridir. Bu da hazırda Azərbaycanda müşahidə olunur, çünki manatın hər hansı formada devalvasiyası məqsədəuyğun deyil və gündəmdə yoxdur.
Qeyd edək ki, ötən həftə ərzində son vaxtlar çox nadir hallarda baş verən avronun məzənnəsinin də sabitliyi müşahidə olunub. Belə ki, həftə ərzində avronun məzənnəsi yalnız 0,16% enib:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR