Bu əmsalın müxtəlif hesablama üsulları mövcud olsa da, sıralamada hər bank üzrə göstərici mövcud kredit portfelinin onun depozit bazasına nisbətinin hesablanması əsasında çıxarılıb. Göstəricilər daha çox bankda depozit açan müştərilər (hüquqi və fiziki şəxslər) üçün maraqlıdır, çünki məhz bu əmsal bank tərəfindən cari öhdəlikləri operativ şəkildə icra etmək qabiliyyətinin qiymətləndirilməsinə imkan verir.
Aşağıdakı cədvəldə ölkədəki bankların likvidlik əmsalı (01.01.2009-cu il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Likvidlik əmsalı | |
1 | Birlik Bank | 30,95 |
2 | Debut Bank | 29,63 |
3 | Qafqaz İnkişaf Bankı | 15,51 |
4 | Gəncə Bank | 10,51 |
5 | AccessBank | 9,60 |
6 | NBCBank | 6,38 |
7 | Atrabank | 6,01 |
8 | Azərbaycan Kredit Bankı | 5,40 |
9 | Deka Bank | 4,07 |
10 | Azerdemiryolbank | 3,41 |
11 | United Credit Bank | 2,83 |
12 | Kredo Bank | 2,79 |
13 | Günay Bank | 2,66 |
14 | Nikoil Bank | 2,64 |
15 | UniBank | 2,58 |
16 | Melli İran Bankı Bakı | 2,49 |
17 | Royal Bank | 2,18 |
18 | Turan Bank | 2,17 |
19 | Bank of Azerbaijan | 2,08 |
20 | Bank Standard | 2,06 |
21 | Bank Respublika | 1,92 |
22 | Texnikabank | 1,85 |
23 | Muğan Bank | 1,66 |
24 | Zamin Bank | 1,65 |
25 | Bank Avrasiya | 1,30 |
26 | Əmrahbank | 1,21 |
27 | Xalg Bank | 1,21 |
28 | AGBank | 1,19 |
29 | Para Bank | 1,18 |
30 | Azərbaycan Beynəlxalq Bankı | 1,16 |
31 | Azərbaycan Sənaye Bankı | 1,11 |
32 | Bank of Baku | 1,07 |
33 | Rabitabank | 0,89 |
34 | Azər-Türk Bank | 0,84 |
35 | AtaBank | 0,79 |
36 | Kapital Bank | 0,76 |
37 | YapıKredi Bank Azerbaijan | 0,61 |
38 | Paşa Bank | 0,54 |
39 | Kövsər Bank* | - |
«Kövsər Bank»* - Bank İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün faizlə kreditlər təklif etmir.
Beynəlxalq standartlara əsasən, likvidlik əmsalının optimal göstəriciləri 0,8-dan 1,2-dək dəyişə bilər. Yəni, kredit və depozit portfelinin eyni səviyyədə olması daha səmərəli sayılır. Faktiki göstəricilər 1,2-dən nə qədər yüksək olarsa, deməli bankın cari likvidliyi də bir o qədər zəifləyir.
Renkinqdən göründüyü kimi, adları çəkilən 39 bankdan yalnız 7-da («AGBank», «Para Bank», Azərbaycan Beynəlxalq Bankı, «Azərbaycan Sənaye Bankı», «Bank of Baku», «Rabitabank» və «Azər-Türk Bank») likvidlik əmsalı normal hesab oluna bilər. Yəni, bu banklar depozit açmaq istəyən müştərilər üçün daha etibarlı bank sayılır. Eyni zamanda, sıralamanın ön pillələrini tutan «Birlik Bank», «Debut Bank», «Qafqaz İnkişaf Bankı», «Gəncə Bank»da likvidlik əmsalı 10-30 diapazonunda dəyişir. Yəni, bu banklarda kredit portfeli depozitlərin həcmini 10-30 dəfə (!) üstələyir, bu isə likvidlik riskini artırır.