Bank Of Baku

«Global Finance» yenidən Azərbaycan Beynəlxalq Bankını ölkənin ən yaxşı bankı adlandırıb

«Global Finance» yenidən Azərbaycan Beynəlxalq Bankını ölkənin ən yaxşı bankı adlandırıb
# 08 aprel 2009 06:32 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Vaşinqtonda nəşr olunan nüfuzlu «Global Finance» jurnalı növbəti dəfə Azərbaycan Beynəlxalq Bankını (ABB) ölkənin ən yaxşı bankı adlandırıb. Bu barədə «APA-Economics»ə ABB-dən məlumat verilib.

Beynəlxalq Bank «İnkişaf edən bazarlarda ən yaxşı bank» nominasiyası üzrə Azərbaycanda yenidən qalib gəlib. Qaliblər jurnalın redaksiya heyətinin üzvləri, bank və maliyyə məsləhətçiləri, beynəlxalq maliyyə təsisatlarının rəhbərlərindən ibarət komissiya tərəfindən seçilib. Seçim üçün namizəd bankların il ərzindəki aktivləri, gəlirliyi, strateji inkişafı, müştərilərə göstərilən xidmətlər, rəqabətlilik, innovativ məhsulların üstünlüyü kimi göstəricilər əsas götürülüb.

Xatırladaq ki, ABB 2002-ci ildən sonra 8 dəfə bu yüksək ada layiq görülür. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 2008-ci ilin sonuna aktivlərini 4 369,75 mln. manata, kredit portfelini 2 925,87 mln. manata, mənfəətini isə 85 466,76 min manata çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR