Bank Of Baku

Azərbaycanda sığorta agentləri üçün keçirilən növbəti imtahanların nəticələri açıqlanıb

Azərbaycanda sığorta agentləri üçün keçirilən növbəti imtahanların nəticələri açıqlanıb
# 08 aprel 2009 06:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi bu ilin aprel ayının 3-6-da sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün keçirilən test imtahanlarının nəticələrini açıqlayıb.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 59 nəfərdən qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 25 iştirakçı attestasiyadan müvəffəqiyyətlə keçib.
Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsi və Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR