Bank Of Baku

Azərbaycanda kommersiya banklarının məcmu kapitalı ilin əvvəlindən 5% artıb

Azərbaycanda kommersiya banklarının məcmu kapitalı ilin əvvəlindən 5% artıb
# 08 aprel 2009 07:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2009-cu ilin mart ayının 1-nə 1 567,8 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici son bir ildə 473,3 mln. manat və ya 43,2% artıb. O cümlədən, cari ilin əvvəlindən bankların məcmu kapitalı 76,1 mln. manat və ya 5,1%, təkcə fevral ayında isə 50,6 mln. manat və ya 3,3% artıb. Eyni zamanda qeyd etmək lazımdır ki, 2008-ci ildə məcmu kapitalın orta aylıq artımı 40,2 mln. manat təşkil edib. Beləliklə, bu ilin fevral ayında müşahidə olunan artım bu göstəricisindən 26% çoxdur.
Martın 1-i vəziyyətinə bank sisteminin əsas göstəriciləri arasında artım yalnız məcmu kapitalı üzrə müşahidə olunub. Belə ki, aktivlərin həcmi ilin əvvəlindən 7,7%, məcmu kredit portfelinin həcmi 7,2%, əhalinin əmanətlərinin həcmi isə 4,7% aşağı düşüb. Beləliklə, əsas göstəricilərin enməsi fonunda banklar kapitallaşmanın artırılması istiqamətində fəaliyyətini gücləndirib. Bu da həm səhmdarların hesabına aparılan nizamnamə kapitalının artırılması, həm də mənfəətin bölüşdürülməməsi yolu ilə ehtiyatların yaradılması hesabına həyata keçirilir ki, dünya maliyyə böhranı şəraitində bankların dayanaqlığı artsın.

* 08.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8031 manat təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR