Bank Of Baku

BVF bankların itkiləri üzrə proqnozunu 4 trln. dollara qədər artırır

BVF bankların itkiləri üzrə proqnozunu 4 trln. dollara qədər artırır
# 08 aprel 2009 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) dünya maliyyə və iqtisadi böhranın nəticəsində yaranan bank itkiləri üzrə proqnozunu 4 trln. dollara qədər artırmaq niyyətindədir. «APA-Economics»in «The Times» qəzetinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki proqnozdan (2,2 trln. dollar) 1,8 dəfə çoxdur. Analitiklərin fikrincə, itkilərin kəskin artması ölkə hökumətlərinin bankların balanslarının «təmizlənməsi» üzrə səylərini heçə endirə bilər.
Beləliklə, cari ilin yanvarında BVF 2010-cu ilin sonuna dünyada bankların böhrandan zərərlərinin 2,2 trln. dollara çatacağını proqnozlaşdırırdı, lakin aprelin 21-də açıqlanması gözlənilən yeni proqnozun bu göstəricidən 2 dəfəyə yaxın çox olacağı gözlənilir. Qeyd edək ki, «Bloomberg» agentliyinin hesablamalarına görə, dünya üzrə bank itkiləri artıq 1,3 trln. dollara çatıb.
Proqnozlaşdırılan 4 trln. dollarlıq itkilərin əsas hissəsi, yəni 3,1 trln. dollar həcmində zərər Amerikada bank aktivləri üzrə, qalan 900 mlrd. dollar isə Avropa və Asiya ölkələrində bank aktivləri üzrə itkilərin payına düşəcəyi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR