Bank Of Baku

İƏT ölkələrinin özəlləşdirmə administrasiyaları başçılarının növbəti toplantısı Azərbaycanda keçiriləcək

İƏT ölkələrinin özəlləşdirmə administrasiyaları başçılarının növbəti toplantısı Azərbaycanda keçiriləcək
# 08 aprel 2009 09:33 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət özəlləşdirmə qurumlarının rəhbərlərinin IV və bu təşkilatın özəl sektorun inkişafı üzrə yüksək səviyyəli ekspertlər qrupunun III iclasları Bakıda keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) məlumat verilib.

DƏİEDK-in investisiyaların cəlb edilməsi və özəlləşdirmə şöbəsinin məlumatına görə, İƏT çərçivəsində özəlləşdirmə administrasiyalarının başçıları və aparıcı mütəxəssislərin iclaslarının may ayının 20-22-də keçirilməsi planlaşdırılır. Dövlət Komitəsinin ev sahibliyi edəcəyi iclaslar İƏT-in üzv dövlətləri arasında özəlləşdirmə və özəlləşdirmə yolu ilə xarici investisiyaların cəlb edilməsi sahələrində təcrübənin bölüşdürülməsi məqsədilə təşkil olunur.

Qeyd edək ki, İƏT üzvü olan dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin ilk iclası 2004-cü ilin yanvar ayında Tehranda (İran), ikinci iclası 2007-ci ilin aprel ayında İslamabadda (Pakistan), üçüncü toplantısı isə 2008-ci ilin apreli ayında Antalyada (Türkiyə) keçirilib.

Xatırladaq ki, baş qərargahı Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı regional, hökumətlərarası təşkilat qismində 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis olunub. Artıq 1992-ci ildə Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da təşkilata üzv olub. İƏT-in fəaliyyəti bölgə ölkələri arasında iqtisadi, texniki və mədəni əlaqələrin inkişaf etdirilməsinə istiqamətlənib. Təşkilata üzv ölkələr 7,9 mln. kv. km ərazini və 386 mln-dan çox əhalini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR