Bank Of Baku

Azərbaycanın mütəşəkkil birja kredit bazarında sövdələşmələrin həcmi son bir ildə 17,6% artıb

Azərbaycanın mütəşəkkil birja kredit bazarında sövdələşmələrin həcmi son bir ildə 17,6% artıb
# 08 aprel 2009 10:48 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bakı Banklararası Valyuta Birjasının (BBVB) kredit bölməsində 2009-cu ilin yanvar-mart aylarında qeydə alınan əqdlərin məcmu həcmi manat ekvivalentində 59,353 mln. təşkil edib. Bu barədə «APA-Economics»ə BBVB-nin informasiya-analitik şöbəsində məlumat verilib.
Valyuta birjasının hesabatına əsasən, BBVB-nin BEST elektron ticarət sistemində fəaliyyət göstərən mütəşəkkil kredit bazarında son bir ildə 17,64%-lik artım müşahidə olunur. Eyni zamanda, birjanın kredit bölməsində bankların daha fəal olmasını onlar arasında bağlanılan əqdlərin artımı təsdiqləyir. Cari ilin ilk rübündə BBVB-də banklararası kredit sövdələşmələrinin sayı 28-ə çatıb, halbuki ötən ilin yanvar-mart aylarında bu göstərici 24-ə bərabər olub. Maraqlıdır ki, bu il mütəşəkkil kredit bazarının birja seqmentində qeydə alınan əqdlərin 60%-dən çoxu avroda bağlanılıb və bu zaman manatla cəlb olunan resurslarının payına ümumi həcmin 31%-i düşüb.
Qeyd edək ki, yalnız mart ayında qeydə alınan 7 banklararası kredit əqdlərinin həcmi manat ekvivalentində 12,108 mln-a bərabər olub. BBVB-nin məlumatına görə, banklararası borcalmalar girovsuz əsaslarla rəsmiləşdirilib, onların müddəti isə 1 gündən 180 günədək təşkil edib. Martda avro ilə ayrılan kreditlərin faiz dərəcələri orta hesabla illik 15,77% olub və fevrala nisbətən 0,75 faiz bəndi artıb. Manat vəsaitləri üzrə faiz dərəcisi ötən ay əksinə, 0,33 faiz bəndi enib və illik 12,67% təşkil edib.
Xatırladaq ki, valyuta birjasının mütəşəkkil banklararası kredit bazarının market-meykerləri tərəfindən təqdim olunan sifarişlər üzrə hesabladığı BakİBOR pul indikatoru aprel ayının əvvəlinə 90 günlük manat kreditləri üzrə illik 16,51%, ABŞ dolları ilə verilən müvafiq kredit alət üzrə illik 17,06% səviyyəsində olub. Martda manat kreditləri üzrə BakİBOR 0,98, dollar vəsaitləri üzrə isə 0,97 faiz bəndi yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR